Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

“Neftçi”nin unudulmaz 11 metrliyi

“Neftçi”nin unudulmaz 11 metrliyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu ilin payızında 26-cı SSRİ çempionatının güclülər dəstəsində keçirilmiş “Neftçi” – “Volqa” (Qorki) görüşünün 61 “yaşı” tamam olacaq. Çempionatın vida turuna təsadüf etmiş və 1964-cü il noyabrın 3-də baş tutmuş bu oyunun qiyməti hər iki rəqib üçün son dərəcə yüksək idi – qalib komanda növbəti mövsümdə də elitada oynamaq hüququnu özündə saxlayacaq, uduzan kollektiv isə güclülər dəstəsinə əlvida deyəcəkdi.

Görünür, gənc yaşlarımda tələbə yoldaşlarımla birlikdə izlədiyim oyun xüsusi əhəmiyyətinə, bir də ki, onun taleyini həll edən penaltiyə görə yadımda yaxşı qalıb.

Həmin il 17 komandanın mübarizə apardığı çempionatda son 4 pillədə qalan klublar “yüksək cəmiyyət”lə vidalaşacaqdı. “Neftçi” bu aqibəti yaşamamaq üçün mütləq qalib gəlməli idi, volqalıları isə heç-heçə də qane edirdi.

Respublika stadionunun tribunalarından 35 min tamaşaçının şahidlik etdiyi görüşdə əsasən müdafiə futboluna üstünlük verən qonaqlar uzun müddət meydan sahiblərinin hücumlarının qarşısını ala bilsələr də, ikinci hissənin ortalarında sürətlə onların cərimə meydançasına daxil olan Anatoli Banişevskini yolverilməz fəndlə dayandırdılar, minskli hakim V. Xodin də tərəddüd etmədən 11 metrlik zərbə nöqtəsini göstərdi.

Penaltini yerinə yetirmək məsuliyyətini yarımmüdafiəçi Valeri Hacıyev öz üzərinə götürdü. Dərhal da komanda yoldaşları təsəvvürolunmaz sevinclə onu bağırlarına basdılar. Dəqiq zərbə, hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, “Neftçi”yə 1:0 hesablı qələbə qazandırıb, onu güclülər dəstəsində saxladı, “Volqa”nın isə bütün ümidlərini alt-üst etdi.

Nəticədə, Azərbaycan paytaxtı futbolçuları, Kutaisinin “Torpedo” komandası və “Volqa” finişə hərəyə 27 xalla çatdılar. “Neftçi” topların daha yaxşı fərqinə görə bu rəqiblərini qabaqlayıb, 12-ci oldu. Gürcüstan futbolçuları da (13-cü yer) öz vəzifələrini yerinə yetirdilər. 14-cü nəticə göstərən “Volqa” və 15-17-ci pillələrin sahibləri “Kayrat” (Alma-Ata), “Şinnik” (Yaroslavl) və “Moldova” (Kişinyov) isə güclülər dəstəsi ilə vidalaşdılar.

Həmişəki kimi, “Volqa” ilə görüşdə də texnikalı oyunu, dəqiq ötürmələri, həlledici anda soyuqqanlılığını itirməyib, məsuliyyəti öz üzərinə götürmək bacarığı ilə yadda qalan 1966-cı il 28-ci SSRİ çempionatının bürünc mükafatçısı, rəhmətlik Valeri Hacıyev (2016-cı ildə 75 yaşında vəfat etmişdir) bu yaxınlarda 88 yaşı tamam olmuş “Neftçi”nin ən parlaq simalarından biri idi.

O, 1960-cı ildən 1972-ci ilədək komandamızın heyətində SSRİ çempionatlarının güclülər dəstəsində 197 oyunun iştirakçısı və 23 qolun müəllifi olmuşdur. “Volqa” ilə görüşdən iki il sonra isə 25 yaşlı Valeri komanda yoldaşları ilə birlikdə 1966-cı il çempionatının bürünc medallarını bayram etmişdir.

Qorki təmsilçisi ilə finala bərabər matçda “Neftçi” belə heyətdə oynamışdır: Vyaçeslav Şexov, Ravil Cəlilov, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Trofimov, Boris Falkovski, Valeri Hacıyev, Kazbek Tuayev, Anatoli Banişevski, Yuri Kuznetsov, Eduard Markarov (Nadir Eynullayev, 24).

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see308

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see259

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see258

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see252

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see243

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see223

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see223

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see212

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see208

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see206

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see205

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see198

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see193

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see190

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see185

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see183

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see182

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see181

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see171

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri