Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi" ilə müqavilə bağlamaq üçün Azərbaycana gələn Yuri Vernidubun korpusu 7 nəfərdən ibarət olacaq.
Sportal.az Sportinfo.az saytına istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı özüylə 4 köməkçi gətirməyi lazım bilib.
Onlardan biri 2 il onunla işləmiş oğlu Vitali Vernidubdur. 59 yaşlı baş məşqçinin "ekip"ində 2 yerli də yer alacaq.
Samir Abasovdan boşalan vəzifəyə əyləşməyə hazırlaşan Y.Vernidub bu gün klub rəhbərliyi ilə geniş toplantı keçirəcək və ümumi məsləhətləşmə əsasında azərbaycanlı yardımçılarının kimliyini müəyyənləşdirəcək.
Tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq. Bu, ümumi anlaşmanın, belə deyək, rəsmi hissəsidir.
Vernidub qarşıdakı zaman kəsiyində uğur əldə etsə, kontraktının müddəti minimum daha 1 il uzadılacaq.
Qarşısına qoyulan məqsəd kifayət qədər ciddi və konkretdir. O, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıdır.