Icma.az
close
up
RU
“Neftçi”nin yeni baş məşqçisi 6 nəfərlə işləyəcək dördünü özü gətirdi, ikisini də…

“Neftçi”nin yeni baş məşqçisi 6 nəfərlə işləyəcək dördünü özü gətirdi, ikisini də…

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" ilə müqavilə bağlamaq üçün Azərbaycana gələn Yuri Vernidubun korpusu 7 nəfərdən ibarət olacaq.

Sportal.az Sportinfo.az saytına istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı özüylə 4 köməkçi gətirməyi lazım bilib.

Onlardan biri 2 il onunla işləmiş oğlu Vitali Vernidubdur. 59 yaşlı baş məşqçinin "ekip"ində 2 yerli də yer alacaq.

Samir Abasovdan boşalan vəzifəyə əyləşməyə hazırlaşan Y.Vernidub bu gün klub rəhbərliyi ilə geniş toplantı keçirəcək və ümumi məsləhətləşmə əsasında azərbaycanlı yardımçılarının kimliyini müəyyənləşdirəcək.

Tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq. Bu, ümumi anlaşmanın, belə deyək, rəsmi hissəsidir.

Vernidub qarşıdakı zaman kəsiyində uğur əldə etsə, kontraktının müddəti minimum daha 1 il uzadılacaq.

Qarşısına qoyulan məqsəd kifayət qədər ciddi və konkretdir. O, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıdır. Ölkə kuboku ilə vidalaşan "ağ-qaralar"ın qitə arenasına çıxmaq üçün bütün ümidləri Premyer Liqaya qalıb. Burada isə vəziyyət narahatedicidir: komanda 13 turdan sonra turnir cədvəlinin səkkizinci pilləsində yer alıb.

Bakılılar cari sezonun sonunda çempionatın mükafatçılar sırasına düşməsə, Verniduba «gözün üstdə qaşın var» deyilməyəcək. Çünki ondan əsas gözləntilər növbəti «futbol ili» ilə əlaqədardır.

59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb.

Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

Bakıları son 1 ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-də, Premyer Liqanın 13-cü turunda «İmişli»yə 2:3 hesablı məğlubiyyətin ertəsi gün istefaya göndərilib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri