Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir. Sabah Misli Premyer Liqasında XXXI tura start veriləcək.
İdman.biz xəbər verir ki, tur daha iki komandanın mükafat arzusunun üstündən xətt çəkə bilər.
İddialılardan hesab olunan Bakı klubları “Sabah”la “Neftçi” sona 5 tur qalmış “üçlük” şansını itirməyə yaxındır.
Meydandakı oyunları və nəticələri böyük iddiaları ilə üst-üstə düşməyən paytaxt təmsilçiləri avrokubok şansını ölkə kubokunda qorusalar da, çempionatın finişinə böyük ölçüdə formal yanaşmalı olacaqlar.
Bu, artıq sabah da rəsmiləşə bilər. Əgər 3-cü pillədəki “Araz-Naxçıvan” öz meydanında “Turan Tovuz”a qalib gəlsə, “Neftçi” ilə “Sabah” üçün
Əslində, indi də hər iki komandanın mükafat ehtimalı yalnız kağız üzərindədir.
Naxçıvan təmsilçisinin qələbəsi möcüzə ehtimalını da sıfıra endirəcək.
30 turdan sonra Elmar Baxşıyevin yetirmələri 52 xalla 3-cü pillədə yer alıb.