Icma.az
close
up
RU
“Neftçi”&“Sabah”: Bürünc əldən gedir

“Neftçi”&“Sabah”: Bürünc əldən gedir

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah Misli Premyer Liqasında XXXI tura start veriləcək.

İdman.biz xəbər verir ki, tur daha iki komandanın mükafat arzusunun üstündən xətt çəkə bilər.

İddialılardan hesab olunan Bakı klubları “Sabah”la “Neftçi” sona 5 tur qalmış “üçlük” şansını itirməyə yaxındır. Meydandakı oyunları və nəticələri böyük iddiaları ilə üst-üstə düşməyən paytaxt təmsilçiləri avrokubok şansını ölkə kubokunda qorusalar da, çempionatın finişinə böyük ölçüdə formal yanaşmalı olacaqlar.

Bu, artıq sabah da rəsmiləşə bilər. Əgər 3-cü pillədəki “Araz-Naxçıvan” öz meydanında “Turan Tovuz”a qalib gəlsə, “Neftçi” ilə “Sabah” üçün medal ümidi qalmayacaq. Əslində, indi də hər iki komandanın mükafat ehtimalı yalnız kağız üzərindədir. Naxçıvan təmsilçisinin qələbəsi möcüzə ehtimalını da sıfıra endirəcək.

30 turdan sonra Elmar Baxşıyevin yetirmələri 52 xalla 3-cü pillədə yer alıb. 5-ci yerdə qərarlaşan “Sabah” bürünc verən mövqedən 16, 6-cı pillədəki “Neftçi” isə 17 xal uzaqdadır. “Araz-Naxçıvan”ın qələbəsi hər iki komandanı medal mübarizəsində “ofsayd”a salacaq.

Hərçənd “Neftçi” hazırda Azərbaycan çempionatlarında ən çox medal qazanan komandadır. “Ağ-qaralar” rekord sayda 21 dəfə mükafatçılar sırasına düşüb.

“Sabah” isə son iki mövsümün medalçısıdır. Bakı klubu gümüş və bürüncdən sonra mükafatsız qalmağa yaxındır.

“Araz-Naxçıvan” qalib gəlməsə də, uğursuz mövsüm keçirən paytaxt təmsilçilərinin medal şansı tükənə bilər. Əgər Muxtar Respublika klubu heç-heçə etsə, bürünc ehtimalı qalması üçün həm “Sabah”, həm “Neftçi” mütləq qalıb gəlməlidir. Birincilər evdə “Səbail”i sınağa çəkəcəksə, “ağ-qaralar” “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.

“Araz-Naxçıvan” uduzsa da, Samir Abasovun yetirmələri “üçlük” şansını qorumaq üçün mütləq qalib gəlməlidir. “Sabah”a isə bir xal da yetəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu aprelin 18-də, “Sabah” – “Səbail” və “Qarabağ” – “Neftçi” qarşılaşmaları ertəsi gün keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri