Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib.
Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31.0, son 1 həftədə isə 20.
Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir.
AzPost bildirir ki, bu sözləri deputat Vüqar Bayramov paylaşımında bildirib.
O qeyd edib ki, “Qara qızılın” qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir.
ABŞ-in qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb.
“Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.
“Neftin qiymətinin azalmasına Azərbaycana təsirlərinə gəldikdə isə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir.