Icma.az
close
up
RU
Neftin mövcud qiymətləri Azərbaycan üçün arzuolunan deyil

Neftin mövcud qiymətləri Azərbaycan üçün arzuolunan deyil

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31.0, son 1 həftədə isə 20.0 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir.

AzPost bildirir ki, bu sözləri deputat Vüqar Bayramov paylaşımında bildirib.

O qeyd edib ki, “Qara qızılın” qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir. ABŞ-in qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.

“Neftin qiymətinin azalmasına Azərbaycana təsirlərinə gəldikdə isə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir”.

V.Bayramovun sözlərinə görə,  aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə isə sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir: “Büdcə xərclərində sosial ödənişlərin payı 41.0 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51.0 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertəri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60.0 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyəlləşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır”.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri