Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəcəyini açıqlayaraq mobil bazardan çəkildiyini elan edib.
Şirkət əsas diqqətini korporativ həllərə və süni intellekt əsaslı texnologiyalara yönəldəcək.
Milli.Az xəbər verir ki, "Asus" 2026-cı il daxilində heç bir yeni smartfon modeli təqdim etməyəcək.
"Asus" satışda olan mövcud smartfonları üçün texniki xidmət, proqram təminatı yeniləmələri və zəmanət xidmətlərini göstərməyə davam edəcək.
Ayın ilk günlərində ortaya çıxan iddialar artıq dəqiqləşib. "Asus"un İdarə Heyətinin sədri Conni Şih Taybeydə keçirilən xüsusi qala tədbirin
Şih vurğulayıb ki, bu qərar şirkətin uzunmüddətli strateji transformasiyasının bir hissəsidir.
Şihin açıqlamalarına görə, "Asus" gələcək dövrdə resurslarını və tədqiqat-inkişaf (R&D) yatırımlarını aşağıdakı sahələrə yönəldəcək: Korporativ kompüter həlləri; Robotik sistemlər; Ağıllı eynəklər; Fiziki süni intellekt mərkəzli sahələr.