Nəhəng brend rəsmən bazardan çəkildi Artıq telefon istehsal etməyəcəklər
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəcəyini açıqlayaraq mobil bazardan çəkildiyini elan edib. Şirkət əsas diqqətini korporativ həllərə və süni intellekt əsaslı texnologiyalara yönəldəcək.
Milli.Az xəbər verir ki, "Asus" 2026-cı il daxilində heç bir yeni smartfon modeli təqdim etməyəcək.
"Asus" satışda olan mövcud smartfonları üçün texniki xidmət, proqram təminatı yeniləmələri və zəmanət xidmətlərini göstərməyə davam edəcək.
Ayın ilk günlərində ortaya çıxan iddialar artıq dəqiqləşib. "Asus"un İdarə Heyətinin sədri Conni Şih Taybeydə keçirilən xüsusi qala tədbirində markanın 2026-cı ildə yeni telefon modeli təqdim etməyəcəyini rəsmən təsdiqləyib. Şih vurğulayıb ki, bu qərar şirkətin uzunmüddətli strateji transformasiyasının bir hissəsidir.
Şihin açıqlamalarına görə, "Asus" gələcək dövrdə resurslarını və tədqiqat-inkişaf (R&D) yatırımlarını aşağıdakı sahələrə yönəldəcək:
Korporativ kompüter həlləri; Robotik sistemlər; Ağıllı eynəklər; Fiziki süni intellekt mərkəzli sahələr."Asus" hazırda bazarda olan telefonları (məsələn, Zenfone və ROG Phone seriyaları) istifadə edənləri unutmayıb. Şirkət xüsusi olaraq qeyd edib ki, mövcud istifadəçilərin mənfi təsirlənməməsi üçün proqram təminatı dəstəyi və zəmanət xidmətləri planlaşdırılan şəkildə davam etdiriləcək.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 20 Yanvar 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















