Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Dinamo” hesabat turunda “Kolos”un qonağı oldu.
Çətin hava şəraitində, dumanın müşayiəti ilə keçən oyunda kiyevlilər xal itirdi.
Təsadüfi deyil ki, ilk yarıdakı qolların hər biri uzaq məsafədən zərbə ilə vuruldu.
2-ci hissə “Dinamo”nun aşkar üstünlüyü şəraitində keçsə də, “Kolos” heç-heçəni qoruya bildi.“Şaxtyor” isə əsas rəqibinin büdrəməsindən yararlanmağı bacarmadı.
Donetsklilərin “Rux”la qarşılaşması heç-heçə bitdi. PSV ilə ÇL oyununda olduğu kimi, bu dəfə də qələbə uzatma dəqiqələrində əldən verildi.
90+2-ci dəqiqədə Didık “Rux”a xal qazandıran qolu vurdu.“Çernomrets”i darmadağın edən “Aleksandriya” həm məğlubiyyətsiz oyunlar seriyasını 19-a çatdırdı (ötən mövsümü də nəzərə almaqla), həm də zirvəyə şərik oldu.
Maraqlıdı ki, növbəti turda məhz liderlər üz-üzə gələcək.Qalan oyunlara gəlincə, “İnqulets” mövsümdə ilk qələbəsini “Vorskla” üzərində qazandı.
“Levıy bereq” 907 dəqiqəlik “quru” seriyadan sonra, nəhayət, rəqib qapısına yol tapdı.