Icma.az
close
up
RU
Nəhənglər xal itirdi, zirvənin yenə iki sahibi var

Nəhənglər xal itirdi, zirvənin yenə iki sahibi var

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dinamo” hesabat turunda “Kolos”un qonağı oldu. Çətin hava şəraitində, dumanın müşayiəti ilə keçən oyunda kiyevlilər xal itirdi. Təsadüfi deyil ki, ilk yarıdakı qolların hər biri uzaq məsafədən zərbə ilə vuruldu. 2-ci hissə “Dinamo”nun aşkar üstünlüyü şəraitində keçsə də, “Kolos” heç-heçəni qoruya bildi.

“Şaxtyor” isə əsas rəqibinin büdrəməsindən yararlanmağı bacarmadı. Donetsklilərin “Rux”la qarşılaşması heç-heçə bitdi. PSV ilə ÇL oyununda olduğu kimi, bu dəfə də qələbə uzatma dəqiqələrində əldən verildi. 90+2-ci dəqiqədə Didık “Rux”a xal qazandıran qolu vurdu.
“Çernomrets”i darmadağın edən “Aleksandriya” həm məğlubiyyətsiz oyunlar seriyasını 19-a çatdırdı (ötən mövsümü də nəzərə almaqla), həm də zirvəyə şərik oldu. Maraqlıdı ki, növbəti turda məhz liderlər üz-üzə gələcək.
Qalan oyunlara gəlincə, “İnqulets” mövsümdə ilk qələbəsini “Vorskla” üzərində qazandı. “Levıy bereq” 907 dəqiqəlik “quru” seriyadan sonra, nəhayət, rəqib qapısına yol tapdı. Düzdü, bu qol “Obolon”la oyunda yalnız heç-heçə üçün kifayət etdi.
“Krivbass” “Polesye” üzərində inamlı qələbə qazanmaqla bu rəqibi 4-cü pillədən sıxışdırdı. Ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan jitomirlilərin heyətində Emil Mustafayev meydana çıxsa da, heç nə ilə yadda qalmadı. Səfərdə LNZ-yə qalib gələn “Veres” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırdı. Turun dünən keçirilən son oyununda “Zarya” “Karpatı”ya qalib gəldi.
15-ci tur
Kolos – Dinamo 1:1
Alefirenko, 33 – Brajko, 5.
Dinamo: Buşan, Dubinçak (Popov, 79), Dyaçuk, Mixavko, Tımçik, Braqaru (Kabayev, 46), Brajko, Buyalski (Salenko, 90+1), Voloşin, Rubçinski, Gerrero (Vanat, 72).
Şaxtyor – Rux 1:1
Matviyenko, 23 – Didık, 90+2.
Şaxtyor: Riznık, Bondar, Konoplya, Matviyenko, Pedro Enrike, Bondarenko, Pedrinyo (Neverton, 88), Sudakov, Kevin (Eginaldo, 71), Qomes (Krıskiv, 71), Sikan (Traore, 70).
Aleksandriya – Çernomorets 3:0
Vaşenko, 16. Kostışin, 79. Kozak, 90+1.
Vorskla – İnqulets 0:3
Losenko, 1. Pyatov, 14. Belotserkoves, 90+3.
Levıy bereq – Obolon 1:1
Yakimov, 90+5 – Dubko, 45.
Krivbass – Polesye 3:1
Tverdoxleb, 11; 73; 86 – Qutsulyak, 63.
LNZ – Veres 1:2
Yaşari, 27 – Luan, 39-p.; 76.
Zarya – Karpatı 2:1
Miçin, 69; 80 – Poleqenko, 20-p.
1. Dinamo 14 11 3 0 33-11 36
2. Aleksandriya 14 11 3 0 25-8 36
3. Şaxtyor 14 9 3 2 38-13 30
4. Krivbass 14 7 4 3 17-12 25
5. Polesye 14 6 5 3 22-14 23
6. Karpatı 15 6 4 5 17-19 22
7. Veres 15 4 7 4 17-18 19
8. Rux 14 4 7 3 18-10 19
9. Zarya 15 6 1 8 16-19 19
10. LNZ 15 5 3 7 16-22 18
11. Vorskla 15 4 4 7 14-21 16
12. Kolos 15 2 8 5 9-12 14
13. Çernomorets 15 3 3 9 9-20 12
14. Obolon 15 2 4 9 7-28 10
15. Levıy bereq 15 2 4 9 5-19 10
16. İnqulets 15 1 6 8 12-29 9
Bombardirlər: Bondarenko (Şaxtyor), Qutsulyak (Polesye) – 8.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri