Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq"."Football-plus.az" xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev "Hünər" Təlim-Məşq Bazasının açılış mərasimində deyib.Klub rəsmisi Kürdəxanıdakı bazanın komandaya xeyirləri barədə danışıb: "Bu gün futbol ictimaiyyəti, xüsusən də "Turan Tovuz" azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür.
"Hünər" Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdi.
Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq.
5 hektarlıq ərazidə daha iki meydança və otel kompleksinin inşasını nəzərdə tuturuq.
Baza "Huner Group"a məxsus ərazidə inşa edilib və "Turan Tovuz"un istismarına veriləcək.
Bunu gələcəkdəki xərclərə qənaət etmək nöqteyi-nəzərindən bir mərhələ olaraq görürük.
"Turan Tovuz" olaraq oturub fikirləşdik ki, keçici nailiyyətlərə yox, məhz struktura önəm verməliyik.