Icma.az
close
up
RU
Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq Ehtiram Quliyev

Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq Ehtiram Quliyev

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq".

"Football-plus.az" xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev "Hünər" Təlim-Məşq Bazasının açılış mərasimində deyib.
Klub rəsmisi Kürdəxanıdakı bazanın komandaya xeyirləri barədə danışıb:

"Bu gün futbol ictimaiyyəti, xüsusən də "Turan Tovuz" azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür. "Hünər" Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdi. Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq. 5 hektarlıq ərazidə daha iki meydança və otel kompleksinin inşasını nəzərdə tuturuq. Baza "Huner Group"a məxsus ərazidə inşa edilib və "Turan Tovuz"un istismarına veriləcək. Bunu gələcəkdəki xərclərə qənaət etmək nöqteyi-nəzərindən bir mərhələ olaraq görürük. "Turan Tovuz" olaraq oturub fikirləşdik ki, keçici nailiyyətlərə yox, məhz struktura önəm verməliyik. Bu yay Tovuzda da meydançaların salınmasına başlayacağıq. İdman mediası tərəfindən bu qədər geniş diqqət bizi xüsusən sevindirir".


O, bazanın premyer-liqanın ba.qa klublarının istifadəsinə verilə biləcəyini istisna etməyib:

"İlkin mərhələdə nəzərdə tutmuruq. Daha iki meydança və otel kompleksi inşa olunandan sonra burada əməkdaşlar işləyəcək. Bu da klub üçün ciddi maliyyə yüküdür. Buranın özü- özünün istismar xərclərinin çıxarması üçün digər klublara da icarəyə verəcəyik. Amma digər meydançaların inşasından sonra. Düşünürəm ki, digər klublar da bu imkanlardan faydalanacaqlar".


Klub rəhbəri əsas komandanın Kürdəxanıda məskunlaşıb oyundan-oyuna Tovuza getməsi fikrini təkzib edib. O, gələcəkdə bölgədəki stadionun ot örtüyünün dəyişdirilməsi planından da söz açıb:

“Yox, komanda Tovuzda oyundan-oyuna görünməyəcək. Haqlı olaraq belə sualınız ola bilər ki, meydançanı burada salmaqdansa, Tovuzda niyə salmadıq? Elə deyil. Oradakı əsas meydançanın ot örtüyü sünidi, bütün yaş qruplarından ibarət komandalarımız məşq edir. Tovuzdakı meydançanı dəyişsək, artıq yaş qruplarından ibarət komandaları ora buraxa bilməyəcəyik. Bir neçəsi lazımdı ki, buna da şirkətin maddi gücü imkan vermir. Amma yay aylarından etibarən həmin infrastruktur layihələrə başlayacağıq. Layihə bitdikdən sonra tamamilə orada olacağıq. İndi Tovuza gedib-gəlirik. Növbəti mövsümdən premyer-liqaya üç bölgə klubu da əlavə olunacaq, bu da bizim Bakıda daha az vaxt keçirməyimizə səbəb olacaq. Mərhələli addımlarla bu işləri görməyə çalışacağıq”.


Quliyev Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi zamanı AFFA-dan dəstək istəməyəcəklərini qeyd edib:

“Bu işlər şəxsi vəsaitimiz hesabına baş tutacaq. Vaxtımız yoxdu. AFFA-nın strateji planından sonra görəcəyi işlər çoxdu. Əvəllər federasiyaya belə müraciətimiz vardı. Amma strateji plandan sonra başa düşdük və belə qərara gəldik ki, daxili imkanlar hesabına bu işləri görməliyik”.


“Turan Tovuz”un rəhbəri akademiya ilə bağlı görülən işlərdən də danışıb:

“Akademiyada 500-dək uşaq hazırda məşq edir. Onlardan təqribən 50-ni klubun bazasında saxlayırıq. Amma Ağstafa, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq, fəaliyyətə başlayıblar. Biz özümüzü tək Tovuzun deyil, qərb bölgəsinin komandası kimi görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Ona görə də xalqın komandası addım-addım o mərhələyə gələcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri