Icma.az, Azertag saytına istinadən bildirir. Tovuz, 7 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC Ölkəmizin kənd təsərrüfatında nektarin əkini, fermer
Hazırda nektarin bağlarında əsrarəngiz, gözoxşayan mənzərə müşahidə edilməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəni Çin olan şaftalının bir növü olan nektarin ağaclarına son illər ölkəmizdə də fermerlərin marağı artmaqdadır.
Ən maraqlısı isə odur ki, hazırda çiçəkləyən bu ağacların budanmasına başlanıb.
Bu, qeyri-ənənəvi proses sayılsa da fermerlər bunun məhsuldarlığı artırmağa yönəldiyini bildirirlər.
Bunun nəticəsində bir ağac təxminən 20 kiloqramdan çox məhsul verə bilir.Son on ildə nektarinə maraq ölkəmizdə çoxaldığından bir çox bölgələrdə bu meyvənin kütləvi əkininə başlanılıb.
Nektarin düzən ərazilərdə, isti iqlim şəraitində yaxşı inkişaf edir.
Susevər meyvə sayılan nektarin şaftalıya bənzəyən, lakin qabığı tüksüz olan və daha sərt, daha şirin bir dadı olan meyvədir.