Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Nektarin bağlarında ağaclar çiçək açanda budanır FOTO

Nektarin bağlarında ağaclar çiçək açanda budanır FOTO

Icma.az, Azertag saytına istinadən bildirir.

Tovuz, 7 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Ölkəmizin kənd təsərrüfatında nektarin əkini, fermerlərin bu meyvəyə marağı son illərdə artıb. Hazırda nektarin bağlarında əsrarəngiz, gözoxşayan mənzərə müşahidə edilməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəni Çin olan şaftalının bir növü olan nektarin ağaclarına son illər ölkəmizdə də fermerlərin marağı artmaqdadır.

Ən maraqlısı isə odur ki, hazırda çiçəkləyən bu ağacların budanmasına başlanıb. Bu, qeyri-ənənəvi proses sayılsa da fermerlər bunun məhsuldarlığı artırmağa yönəldiyini bildirirlər. Bunun nəticəsində bir ağac təxminən 20 kiloqramdan çox məhsul verə bilir.

Son on ildə nektarinə maraq ölkəmizdə çoxaldığından bir çox bölgələrdə bu meyvənin kütləvi əkininə başlanılıb. Nektarin düzən ərazilərdə, isti iqlim şəraitində yaxşı inkişaf edir. Susevər meyvə sayılan nektarin şaftalıya bənzəyən, lakin qabığı tüksüz olan və daha sərt, daha şirin bir dadı olan meyvədir. Bu meyvə ağacı əkildiyi ildən cəmi bir il sonra məhsul verməyə başlayır. Son dövlər Tovuzda da fermerlər bu meyvənin bağlarını salıblar.

“1990-cı ildən bu işlə məşğulam. Nektarin çox gözəl, keyfiyyətli meyvədir. Həm də qiyməti bazar təlabatına uyğun meyvədir. Təxminən 10 ildir ki, bu nektarin sortu qardaş Türkiyədən və başqa ölkələrdən gəlib. Ümumiyyətlə daha yaxşı olar ki, çəyirdəkli meyvələr çiçəkli halda budansın. Məqsəd odur ki, meyvələr iri olsun”, - deyə budamaçı Kamran Əliağaoğlu bildirib.

Budamaçı Firuz Poladov deyib ki, ağacın yükünü azaldanda meyvə sürətli inkişaf edir: “Hazırda keyfiyyətə diqqət yetirildiyindən sağlam və iri meyvə əldə etmək lazımdır. Elə adamlar var deyir ki, ağacı çiçəkli vaxtı budamaq olmaz. Ancaq biz 10 idir ki bunu təcrübədən keçirmişik və görürük ki, bu vaxt budama olunanda bol məhsul alınır”.

Nektarini ildə iki dəfə budayırlar. Bir dəfə indi, növbəti dəfə isə yayda yaşıl yarpaqlı olan vaxtlarda. Bağda budanma zamanı yerə atılan çiçəkli budaqlar isə kənara atılmır. Elə sahədə texnika vasitəsilə xırdalanıb torpağa atılır.

Mütəxəssislər deyir budamanı naşı adam aparmamalıdır. Budamaçılar deyir ki, nektarindən başqa badamın, əriyin və bəzi meyvə ağaclarının çiçəkli halda budanmasını aparmaq olar. Burada məqsəd məhsuldarlığı artırmaq, meyvənin böyüklüyünü təmin etmək və ağacı uzun müddət cavan, məhsuldar saxlamaqdır. Belə olanda bar verən ağacın ömrü də uzanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri