Nənə nəvəsinin qəbul sevincini qeyd edərkən YANĞIN TÖRƏTDİ

25.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nənə nəvəsinin ali məktəbə qəbulunu qeyd etmək istəyərkən yanğına səbəb oldu.

Bakıvaxtı.az xəbər verir ki, hadisə az əvvəl Mingəçevir şəhəri, Nizami küçəsi 7 ünvanında baş verib.

Məlumata görə, yaşlı qadın nəvəsinin ali məktəbə qəbul olunmasını qeyd etmək məqsədilə kiçik həcmli qaz balonunun üzərində aş bişirərkən balon qəfil partlayıb və nəticədə yanğın baş verib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası qısa müddətdə alovu nəzarətə götürərək yanğının daha geniş əraziyə yayılmasının qarşısını alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elcan Musalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью