Nənə nəvəsinin qəbul sevincini qeyd edərkən YANĞIN TÖRƏTDİ
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nənə nəvəsinin ali məktəbə qəbulunu qeyd etmək istəyərkən yanğına səbəb oldu.
Bakıvaxtı.az xəbər verir ki, hadisə az əvvəl Mingəçevir şəhəri, Nizami küçəsi 7 ünvanında baş verib.
Məlumata görə, yaşlı qadın nəvəsinin ali məktəbə qəbul olunmasını qeyd etmək məqsədilə kiçik həcmli qaz balonunun üzərində aş bişirərkən balon qəfil partlayıb və nəticədə yanğın baş verib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası qısa müddətdə alovu nəzarətə götürərək yanğının daha geniş əraziyə yayılmasının qarşısını alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Elcan Musalı
Baxış sayı:99
Bu xəbər 25 Avqust 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















