Nepalda sel fəlakəti: ölənlərin sayı 1204 nəfərə çatdı

03.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Nepalın xarici işlər naziri Şişir Xanəl ölkədə baş verən təbii fəlakətlə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və ölənlərin sayının daha da arta biləcəyindən narahat olduqlarını qeyd edib.

Bildirib ki, xilasedicilər hadisə bölgəsində intensiv fəaliyyət göstərirlər.

“Ölənlərin sayının artacağından ciddi şəkildə narahatıq”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, axtarış-xilasetmə qrupları Nepal vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında fərq qoymadan, tamamilə humanitar prinsiplər əsasında fəaliyyət göstərirlər.

Məlumata görə, itkin düşdüyü bildirilən 4 mindən çox şəxsin axtarışları davam etdirilir.

Açıqlamada həmçinin qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatlarına 20 mindən çox təhlükəsizlik əməkdaşı cəlb edilib. İndiyədək aparılan əməliyyatlar nəticəsində 11 min 993 nəfər xilas olunub.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью