Nepalda sel fəlakəti: ölənlərin sayı 1204 nəfərə çatdı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Nepalın xarici işlər naziri Şişir Xanəl ölkədə baş verən təbii fəlakətlə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və ölənlərin sayının daha da arta biləcəyindən narahat olduqlarını qeyd edib.
Bildirib ki, xilasedicilər hadisə bölgəsində intensiv fəaliyyət göstərirlər.
“Ölənlərin sayının artacağından ciddi şəkildə narahatıq”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, axtarış-xilasetmə qrupları Nepal vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında fərq qoymadan, tamamilə humanitar prinsiplər əsasında fəaliyyət göstərirlər.
Məlumata görə, itkin düşdüyü bildirilən 4 mindən çox şəxsin axtarışları davam etdirilir.
Açıqlamada həmçinin qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatlarına 20 mindən çox təhlükəsizlik əməkdaşı cəlb edilib. İndiyədək aparılan əməliyyatlar nəticəsində 11 min 993 nəfər xilas olunub.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 03 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















