Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç heçə etdilər

13.07.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin MLS-də çıxış edən futbol klubu "Kolambus Kryu" İngiltərə Çempionşip klubu "Börnli" ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.

Qeyd edək ki, oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib. Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi "Kolambus Kryu"nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1.

Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью