Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç heçə etdilər
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin MLS-də çıxış edən futbol klubu "Kolambus Kryu" İngiltərə Çempionşip klubu "Börnli" ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.
Qeyd edək ki, oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib. Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi "Kolambus Kryu"nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1.
Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















