Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Xocalı soyqırımını tanıması regionda uzunmüddətli sülhə doğru atılmış böyük addım olardı, lakin əvəzində İrəvan bu cinayəti nisbiləşdirir və hətta özlərinə bəraət qazandırır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev yerli mətbuata müsahibəsində bildirib.
Səfir Xocalı hadisələrinin dinc əhalinin qəsdən, vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilməsi olduğunu və onlara lazımi diqqət yetirilməməsinin təəssüf doğuran, siyasi maraqların çox vaxt tarixi faciələrin tanınmasına necə birbaşa təsir etdiyini göstərən ədalətsizlik olduğunu vurğulayıb.
N.Ağayev Xocalı soyqırımı ilə bağlı çoxsaylı sübutların – videomaterialların, şahid ifadələrinin, məhkəmə ekspertizalarının və müstəqil təşkilatların hesabatlarının olduğunu xatırladıb.
"Onların hamısı açıq şəkildə təsdiq edir ki, Ermənistan silahlı qüvvələri qəsdən günahsız insanları hədəfə alıblar. Bu, kütləvi qırğın idi.
Qadınlar zorlanıb, uşaqlar vəhşicəsinə qətlə yetirilib. Bütün ailə üzvləri qətlə yetirilib.
İnsanlar şikəst edilib, işgəncələrə məruz qalıb, meyitlər isə təhqir olunub.