Icma.az
close
up
RU
Nəsimi Ağayev: Ermənistanın Xocalı soyqırımını tanıması sülh yolunda böyük addım olardı

Nəsimi Ağayev: Ermənistanın Xocalı soyqırımını tanıması sülh yolunda böyük addım olardı

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Xocalı soyqırımını tanıması regionda uzunmüddətli sülhə doğru atılmış böyük addım olardı, lakin əvəzində İrəvan bu cinayəti nisbiləşdirir və hətta özlərinə bəraət qazandırır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev yerli mətbuata müsahibəsində bildirib.

Səfir Xocalı hadisələrinin dinc əhalinin qəsdən, vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilməsi olduğunu və onlara lazımi diqqət yetirilməməsinin təəssüf doğuran, siyasi maraqların çox vaxt tarixi faciələrin tanınmasına necə birbaşa təsir etdiyini göstərən ədalətsizlik olduğunu vurğulayıb.

N.Ağayev Xocalı soyqırımı ilə bağlı çoxsaylı sübutların – videomaterialların, şahid ifadələrinin, məhkəmə ekspertizalarının və müstəqil təşkilatların hesabatlarının olduğunu xatırladıb.

"Onların hamısı açıq şəkildə təsdiq edir ki, Ermənistan silahlı qüvvələri qəsdən günahsız insanları hədəfə alıblar. Bu, kütləvi qırğın idi. Qadınlar zorlanıb, uşaqlar vəhşicəsinə qətlə yetirilib. Bütün ailə üzvləri qətlə yetirilib. İnsanlar şikəst edilib, işgəncələrə məruz qalıb, meyitlər isə təhqir olunub. Xüsusilə şokedici məqam odur ki, bəzi erməni siyasətçiləri, o cümlədən, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bu cinayəti nəinki imkr etmir, hətta onlara "strateji zərurət" deyə bəraət qazandırırlar", - o deyib.

"Ermənistan bu günə qədər Xocalı soyqırımı ilə bağlı heç bir ciddi addım atmayıb – nə tanınma olub, nə üzr istənilib, nə faciə qurbanları ilə münasibətdə ədalət təmin olunmayıb. Bunun əvəzində cinayətin miqyasını kiçiltməyə, onu nisbiləşdirməyə və hətta ona bəraət qazandırmağa çalışırlar. Bu, qurbanların xatirəsinə və onların ailələrinə qarşı təhqirdir. Ermənistanın Xocalı soyqırımını tanınması regionda uzunmüddətli sülhə doğru böyük addım olardı", - diplomat söyləyib.

N.Ağayev onu da vurğulayıb ki, tarixi ədalətin bərpası üçün bu cinayəti törədənlərin hamısı məsuliyyətə cəlb olunmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Fevral 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri