Icma.az, Yenisabah portalına istinadən məlumat verir. Nəsimi, Babək, Beyrək… Ardınca da kolbasa reklamı.
Dünən televizora baxanda təsadüfən qarşıma çıxdı. Təəccübləndiyim qədər də təəssüfləndim.
Azərbaycan kinosunun inciləri sayılan elə möhtəşəm filmlərdə yaratdığı obrazlardan sonra böyük aktyorumuz Rasim Balayevi kolbasa reklamında görmək, nə gizlədim, pisimə gəldi.
Türklər demiş, “şaşırdım”, hətta utandım da. Onun yerinə yox, danışanda ağızlarına çullu dovşan sığışmayan kino qurumlarında rəhbər vəzifələ
Bəlkə də bu reklama çəkildiyinə görə çoxları Rasim Balayevi qınayır. Amma onu qınamaq lazım deyil.
Adam illərdir oturub, film çəkiləcəyi və onu hansısa rola dəvət edəcəkləri günü gözləyir.
Və gözləyə-gözləyə də ömrünün, yaradıcılığının neçə onilliklərini fövtə verib. Bir sözlə, gözləyə-gözləyə qocalıb.
Dəfələrlə verdiyi açıqlamalarda kommersiya filmləri və seriallara dəvətlər aldığını, lakin hər rola çəkilməyi də özünə, sənətinə yaraşdırmadığını söyləyib.