Icma.az
close
up
RU
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA Cəvahir Nehru YAZIR

“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA Cəvahir Nehru YAZIR

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Nəsimi, Babək, Beyrək… Ardınca da kolbasa reklamı. Dünən televizora baxanda təsadüfən qarşıma çıxdı. Təəccübləndiyim qədər də təəssüfləndim.

Azərbaycan kinosunun inciləri sayılan elə möhtəşəm filmlərdə yaratdığı obrazlardan sonra böyük aktyorumuz Rasim Balayevi kolbasa reklamında görmək, nə gizlədim, pisimə gəldi. Türklər demiş, “şaşırdım”, hətta utandım da. Onun yerinə yox, danışanda ağızlarına çullu dovşan sığışmayan kino qurumlarında rəhbər vəzifələri tutanların yerinə. Bəlkə də bu reklama çəkildiyinə görə çoxları Rasim Balayevi qınayır. Amma onu qınamaq lazım deyil. Adam illərdir oturub, film çəkiləcəyi və onu hansısa rola dəvət edəcəkləri günü gözləyir. Və gözləyə-gözləyə də ömrünün, yaradıcılığının neçə onilliklərini fövtə verib. Bir sözlə, gözləyə-gözləyə qocalıb.

Dəfələrlə verdiyi açıqlamalarda kommersiya filmləri və seriallara dəvətlər aldığını, lakin hər rola çəkilməyi də özünə, sənətinə yaraşdırmadığını söyləyib. Bir də “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və digər ekran işləri səviyyəsində filmlər çəkiləcəyinə ümid bəsləməsə də, ən azı, səviyyəli filmlərdə rol alacağı günün həsrəti ilə yaşayıb. Və günlərin bir günü baxıb görüb ki, ey dadi-bidad, yaş gəlib çatıb 77-yə, iki yol arasında qalıb; nağıllarda deyildiyi kimi, bilmir it hürən tərəfə getsin, yoxsa, işıq gələn tərəfə…Amma arzuladığı kinonun tənəzzüldən çıxması üçün hələ də nəinki işıq, heç işıqucu görünmür, ki, görünmür.

Neyləsin, kamera, çəkiliş üçün darıxan aktyor buna görə də başını kolbasa reklamı ilə qatmağa məcburdur. Mənasız, bayağı, şit komediyaların zövqləri korladığı, bir-iki roliklə “mən sənətkaram, məndən yoxdur” deyib meydan sulayan “ulduzcuqların” at oynatdıqları bir zamanda “Nəsimi”nin kolbasa reklamına çəkilməsinə görə biz utanmalıyıq, Rasim Balayev yox.

Türkiyədə, Rusiyada, Hollivudda bu cür aktyorlar üçün xüsusi ssenarilər yazılır, xüsusi qonorarlar verilir, filmlər çəkilir, tamaşalar hazırlanır. Bizdə isə böyük aktyorların aqibəti göz qabağındadır. Siz deyin, indi Rasim Balayevin günahı nədir ki, dünya ulduzlarının yaşadığı ölkələrdə doğulmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri