Netanyahu BMT də istənməyən adam OLDU

22.09.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər etməyə hazırlaşır. Onun Nyu-Yorkda qısa müddət qalacağı və BMT-də çıxış etdikdən sonra İsrailə qayıdacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" nəşri məlumat yayıb.

Məlumata görə, Netanyahunun ABŞ səfəri çərçivəsində çoxsaylı ikitərəfli görüşlər keçirməsi gözlənilmir. Onun ABŞ Prezidenti Donald Trampla görüşünün də hazırda planlaşdırılmadığı bildirilir.

Bununla yanaşı, İsrail mətbuatının məlumatına görə, Netanyahu ABŞ Dövlət katibi Marko Rubio ilə görüşə bilər. İsrail Baş nazirinin Ofisi isə səfər proqramının hələ yekunlaşmadığını açıqlayıb.

Netanyahunun BMT Baş Assambleyasındakı çıxışında İsrailin regiondakı vəziyyətlə bağlı mövqeyini açıqlayacağı gözlənilir.

Səfər öncəsi Nyu-Yorkda Netanyahunun əleyhinə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Nyu-York Polis Departamenti Baş Assambleya ərəfəsində şəhərdə hər gün bir neçə etiraz aksiyasının keçiriləcəyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью