Netanyahu BMT də istənməyən adam OLDU
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər etməyə hazırlaşır. Onun Nyu-Yorkda qısa müddət qalacağı və BMT-də çıxış etdikdən sonra İsrailə qayıdacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" nəşri məlumat yayıb.
Məlumata görə, Netanyahunun ABŞ səfəri çərçivəsində çoxsaylı ikitərəfli görüşlər keçirməsi gözlənilmir. Onun ABŞ Prezidenti Donald Trampla görüşünün də hazırda planlaşdırılmadığı bildirilir.
Bununla yanaşı, İsrail mətbuatının məlumatına görə, Netanyahu ABŞ Dövlət katibi Marko Rubio ilə görüşə bilər. İsrail Baş nazirinin Ofisi isə səfər proqramının hələ yekunlaşmadığını açıqlayıb.
Netanyahunun BMT Baş Assambleyasındakı çıxışında İsrailin regiondakı vəziyyətlə bağlı mövqeyini açıqlayacağı gözlənilir.
Səfər öncəsi Nyu-Yorkda Netanyahunun əleyhinə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Nyu-York Polis Departamenti Baş Assambleya ərəfəsində şəhərdə hər gün bir neçə etiraz aksiyasının keçiriləcəyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















