Icma.az bildirir, Axar.az portalına istinadən. İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və Qətərin vasitəçiliyi ilə İranla atəşkəs razılaşma
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.
“Baş nazir gecə saat 02:00-a qədər davam edən Nazirlər Kabinetinin iclasında İranla əldə olunan atəşkəs razılaşması barədə onları məlumatlandırıb.
O, görüşdə ABŞ Prezidenti Donald Trampla daha əvvəl apardığı və İranla gərginliyin azaldılması prosesində irəliləyişlə nəticələnən söhbətinin təfərrüatını da açıqlayıb.
Nazirlərə İranla atəşkəslə bağlı vəziyyət aydınlaşana qədər mətbuata açıqlama verməmək tapşırılıb”, - məlumatda deyilib.
Qeyd edək ki, az öncə Netanyahunun ofisi İranla atəşkəs əldə edildiyini rəsmən təsdiqləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.