Netanyahu gecə təcili iclas keçirib: Nazirlərə tapşırıq...
Icma.az bildirir, Axar.az portalına istinadən.
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və Qətərin vasitəçiliyi ilə İranla atəşkəs razılaşmasına görə gecə saatlarında kabineti ilə iclas keçirib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.
“Baş nazir gecə saat 02:00-a qədər davam edən Nazirlər Kabinetinin iclasında İranla əldə olunan atəşkəs razılaşması barədə onları məlumatlandırıb. O, görüşdə ABŞ Prezidenti Donald Trampla daha əvvəl apardığı və İranla gərginliyin azaldılması prosesində irəliləyişlə nəticələnən söhbətinin təfərrüatını da açıqlayıb. Nazirlərə İranla atəşkəslə bağlı vəziyyət aydınlaşana qədər mətbuata açıqlama verməmək tapşırılıb”, - məlumatda deyilib.
Qeyd edək ki, az öncə Netanyahunun ofisi İranla atəşkəs əldə edildiyini rəsmən təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















