Netanyahunun məşhur muzeydəki heykəlini çəkiclədilər Video

08.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Maskalı fəallar Meksikanın patyaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu çəkiclə yıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV-də görüntülər yayılıb.

Videoda etirazçının heykəlin üstünə qırmızı maddə səpdiyi, daha sonra onu çəkiclədiyi görünür.

Heykəli yerə yıxdıqdan sonra həmin şəxs Fələstinə dəstək şüarları səsləndirib.

Sosial şəbəkələrdə viral olan görüntülərdə insanlar heykəlin uçurulmasını dəstəkləyiblər.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) “Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə” Netanyahu haqqında həbs qərarı çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью