Netanyahunun məşhur muzeydəki heykəlini çəkiclədilər Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Maskalı fəallar Meksikanın patyaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu çəkiclə yıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV-də görüntülər yayılıb.
Videoda etirazçının heykəlin üstünə qırmızı maddə səpdiyi, daha sonra onu çəkiclədiyi görünür.
Heykəli yerə yıxdıqdan sonra həmin şəxs Fələstinə dəstək şüarları səsləndirib.
Sosial şəbəkələrdə viral olan görüntülərdə insanlar heykəlin uçurulmasını dəstəkləyiblər.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) “Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə” Netanyahu haqqında həbs qərarı çıxarıb.

Fələstinli gənc Netanyahunun heykəlini çəkiclə sındırdı
08 Yanvar 2025 17:11
Netanyahunun iqamətgahına növbəti hücum Video
17 Noyabr 2024 05:17
Netanyahunun iqamətgahına növbəti hücum VİDEO
17 Noyabr 2024 11:40
Netanyahunun iqamətgahına hücum etdilər VİDEO
17 Noyabr 2024 08:50

