Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bütün dünyanın səbirsizliklə gözlədiyi Ceyk Pol və Mayk Tayson arasında keçirilən boks görüşü təkcə idman aləmində deyil, rəqəmsal platformalar baxımından da unudulmaz günün şahidi olub.
Milli.Az-ın məlumatına görə, "Netflix"in bu tarixi müsabiqəni yayımlamaq planları günün sonunda böyük texniki nasazlıqla başa çatıb.
Platforma bütün səylərinə baxmayaraq yayımı tamaşaçıya çatdıra bilməyib və milyonlarla istifadəçi kəsintilərə görə məyus olub.
Matçdan əvvəl başlayan giriş problemləri zamanla daha da ciddiləşib.
"Downdetector"un məlumatlarına görə, yüz minlərlə istifadəçi "Netflix"ə daxil ola bilmədiklərini bildirib.
Texniki problemlər yayım boyu davam etdi və platforma C.Pol və M.Tyson matçını izləməyə həvəsli olan tamaşaçılara xidmət göstərə bilmədi.
"Netflix"in yayımlaya bilmədiyi matçı milyonlarla insan fərqli üsullarla izləməyi bacarıb.