Icma.az
close
up
RU
“Netflix” Ceyk Pol və Mayk Tyson matçında texniki problemlə üzləşib

“Netflix” Ceyk Pol və Mayk Tyson matçında texniki problemlə üzləşib

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bütün dünyanın səbirsizliklə gözlədiyi Ceyk Pol və Mayk Tayson arasında keçirilən boks görüşü təkcə idman aləmində deyil, rəqəmsal platformalar baxımından da unudulmaz günün şahidi olub. 

Milli.Az-ın məlumatına görə, "Netflix"in bu tarixi müsabiqəni yayımlamaq planları günün sonunda böyük texniki nasazlıqla başa çatıb. Platforma bütün səylərinə baxmayaraq yayımı tamaşaçıya çatdıra bilməyib və milyonlarla istifadəçi kəsintilərə görə məyus olub.

Matçdan əvvəl başlayan giriş problemləri zamanla daha da ciddiləşib. "Downdetector"un məlumatlarına görə, yüz minlərlə istifadəçi "Netflix"ə daxil ola bilmədiklərini bildirib. Texniki problemlər yayım boyu davam etdi və platforma C.Pol və M.Tyson matçını izləməyə həvəsli olan tamaşaçılara xidmət göstərə bilmədi.

"Netflix"in yayımlaya bilmədiyi matçı milyonlarla insan fərqli üsullarla izləməyi bacarıb. Qeyri-qanuni yayımların linkləri sosial şəbəkələrdə və forumlarda sürətlə yayılaraq milyonlarla baxış toplayıb. 

Qeyd edək ki, qarşılaşma gözlənildiyi kimi maraqlı keçib. 8 raund ərzində hər iki idmançı yüksək səviyyədə çıxış edib. C.Polun dinamikliyi və gəncliyi M.Taysonun təcrübəsindən üstün oldu və hakimin qərarı ilə C.Pol 79:73 hesabı ilə qalib elan edildi. Qarşılaşmadan sonra hər iki idmançı bir-birlərinə hörmət etdiklərini bildirib, dostluq mesajları veriblər.

İlqar Şabanov
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri