Nəvai işgəncələrlə tanınan həbsxanadadır

15.10.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Narkotikə görə saxlanılan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanasına yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə “Mash” nəşri məlumat yayıb. Sözügedən təcridxana 2022-ci ildə məhbuslara qarşı işgəncələr və qəddar rəftar halları ilə bağlı məlumatlarla gündəmə gəlmişdi.

Bildirilir ki, reper təkadamlıq kamerada saxlanılır. Nəvainin vəkili işin üç həftə ərzində yekunlaşacağına ümid edir. Həmçinin qeyd olunub ki, reper vəkilinə mətbuatla ünsiyyət qurmağı qadağan edib.

Qeyd edək ki, reper barəsində narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə cinayət işi açılıb. Onun üzərindən 2,5 qram marixuana götürülüb. Nəvai dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью