Nəvai işgəncələrlə tanınan həbsxanadadır
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Narkotikə görə saxlanılan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanasına yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə “Mash” nəşri məlumat yayıb. Sözügedən təcridxana 2022-ci ildə məhbuslara qarşı işgəncələr və qəddar rəftar halları ilə bağlı məlumatlarla gündəmə gəlmişdi.
Bildirilir ki, reper təkadamlıq kamerada saxlanılır. Nəvainin vəkili işin üç həftə ərzində yekunlaşacağına ümid edir. Həmçinin qeyd olunub ki, reper vəkilinə mətbuatla ünsiyyət qurmağı qadağan edib.
Qeyd edək ki, reper barəsində narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə cinayət işi açılıb. Onun üzərindən 2,5 qram marixuana götürülüb. Nəvai dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















