Nəvainin ləğv olunan konsertlərinin aqibəti bəlli oldu

21.10.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovla bağlı cinayət işinə xitam verilərək sərbəst buraxılıb.

Axşam.az-ın məlumatına görə, reperin Kişinyovda keçirilməsi planlaşdırılan konsertinə biletlərin satışı yenidən başlayıb.

Nəvainin oktyabrın 16-da baş tutmalı olan konserti Qazaxıstanda saxlanılması səbəbindən dekabrın 8-nə təxirə salınıb. Hadisədən sonra biletlərin satışı müvəqqəti dayandırılsa da, hazırda onları yenidən əldə etmək mümkündür.

Qeyd edək ki, Navai bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb. Məlumata görə, reperin dostları da onu ziyarət etmək üçün paytaxtdakı mənzilinə gəliblər.

Xatırladaq ki, Navai Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verildiyi və ölkədən çıxarıldığı açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью