Nəvainin ləğv olunan konsertlərinin aqibəti bəlli oldu
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovla bağlı cinayət işinə xitam verilərək sərbəst buraxılıb.
Axşam.az-ın məlumatına görə, reperin Kişinyovda keçirilməsi planlaşdırılan konsertinə biletlərin satışı yenidən başlayıb.
Nəvainin oktyabrın 16-da baş tutmalı olan konserti Qazaxıstanda saxlanılması səbəbindən dekabrın 8-nə təxirə salınıb. Hadisədən sonra biletlərin satışı müvəqqəti dayandırılsa da, hazırda onları yenidən əldə etmək mümkündür.
Qeyd edək ki, Navai bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb. Məlumata görə, reperin dostları da onu ziyarət etmək üçün paytaxtdakı mənzilinə gəliblər.
Xatırladaq ki, Navai Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verildiyi və ölkədən çıxarıldığı açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















