Nəzir pulları ilə bağlı deputatdan şok: “Bu vəsaitlər bəzən başqa ölkələrə yönləndirilir” …
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nəzir qutularına yığılan pulların hansı təyinat üzrə xərcləndiyi haqda şəffaf və doğru məlumat almaq mümkün olmur.
Bu haqda vaxtaşırı müzakirələr getsə də, nəticə olmur. Aidiyyəti qurumlar, şəxslər hesabat verməkdən yayınırlar.
Jurnalistlər dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər edirlər, hər iki qurumun rəhbərlərindən, məscidlərin axundlarından bu haqda soruşurlar, amma hər dəfə sualdan yayınılır.
Bu da cəmiyyətdə nəzir qutularına yığılan vəsaitin kimlər tərəfindənsə mənimsənildiyi, müəyyən şəxslərin cibinə getdiyi fikrini formalaşdırır.
Bir sözlə, nəzir qutularına nəzarətin hansı qurumun – QMİ-nin, yoxsa Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzarətində olduğuna dair hələ də birmənalı rəy yoxdur.
Eyni zamanda yalnız məscid və başqa ibadət yerlərində deyil, ziyarətgahlarda, bəzi müqəddəs hesab edilən şəxslərin məzarlarında, türbələrin də nəzir qutuları var.
Orda da böyük məbləğdə vəsait yığıldığı məlumdur. Amma sonradan o pulların taleyi necə olur, hara xərclənir, bilinmir.
Tam oxu
Xəbəri oxu