Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Nəzir pulları ilə bağlı deputatdan şok: “Bu vəsaitlər bəzən başqa ölkələrə yönləndirilir”

Nəzir pulları ilə bağlı deputatdan şok: “Bu vəsaitlər bəzən başqa ölkələrə yönləndirilir”

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəzir qutularına yığılan pulların hansı təyinat üzrə xərcləndiyi haqda şəffaf və doğru məlumat almaq mümkün olmur. Bu haqda vaxtaşırı müzakirələr getsə də, nəticə olmur. Aidiyyəti qurumlar, şəxslər hesabat verməkdən yayınırlar.

Jurnalistlər dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər edirlər, hər iki qurumun rəhbərlərindən, məscidlərin axundlarından bu haqda soruşurlar, amma hər dəfə sualdan yayınılır. Bu da cəmiyyətdə nəzir qutularına yığılan vəsaitin kimlər tərəfindənsə mənimsənildiyi, müəyyən şəxslərin cibinə getdiyi fikrini formalaşdırır.

Bir sözlə, nəzir qutularına nəzarətin hansı qurumun – QMİ-nin, yoxsa Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzarətində olduğuna dair hələ də birmənalı rəy yoxdur.
Eyni zamanda yalnız məscid və başqa ibadət yerlərində deyil, ziyarətgahlarda, bəzi müqəddəs hesab edilən şəxslərin məzarlarında, türbələrin də nəzir qutuları var. Orda da böyük məbləğdə vəsait yığıldığı məlumdur. Amma sonradan o pulların taleyi necə olur, hara xərclənir, bilinmir. Bu sahədə şəffaflıq təmin edilmir.

Məsələ qanunvericiliklə necə tənzimlənir? Nəzirlərin hesabatı media vasitəsi ilə cəmiyyətə açıqlanmalıdır?

Globalinfo.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, nəzir qutuları konkret icmalara məxsusdur. Onun sözlərinə görə, həmin icmalar vasitəsilə vəsaitin məscidin ehtiyacları üçün xərclənməsi təmin olunur:

“Prinsip etibarilə, insanların məscidlərə dəstək verməsi, inancına uyğun yardım etməsi normal haldır. Burada əsas mübahisə doğuran məsələ isə toplanan vəsaitin hara xərclənməsidir. Bu vəsait ilk növbədə məscidin kommunal və digər amortizasiya xərclərinə, sonra ehtiyacı olan insanlara sərf olunmalıdır.
Çünki məqsəd – məscidi ayaqda tutmaq, inanclı insanlar üçün ibadət yerini qorumaqdır. Bu məsələdə cəmiyyətdə bir qədər şişirdilmiş təsəvvürlər var. Sanki burada yığılan vəsaitlər başqa məqsədlərlə istifadə olunur. Ola bilsin ki, bəzi yerlərdə bu cür hallar var, lakin əsas problem bu vəsaitlərin məsciddən kənarda – ziyarətgah və digər yerlərdə yığılmasıdır. Bu isə məntiqi baxımdan izah oluna biləcək bir hal deyil”.

F.Mustafanın fikrincə, nəzir ziyarətgahlarda yox, məhz məscidlərdə toplanmalıdır:

“Məscid dövlət tərəfindən inanclı insanlar üçün tanınan rəsmi bir ibadət müəssisəsidir və insanlar burada ibadət edirlər. Ziyarətgahlar isə tarixən mövcud olmuş, qanunvericiliyin tanıdığı dini məkanlardır. Amma bu yerlərdə nəzir vermək üçün heç bir məcburiyyət yoxdur. İnsanlar sadəcə bilgisizlikdən və bir çox hallarda mövhumatdan irəli gələrək bu vəsaiti ödəyirlər. Əgər bir insan bilgisizdirsə, mövhumata inanırsa və vəsaiti varsa, bu pullar da hansısa formada onlardan alınacaq. Bunun qarşısını isə yalnız maarifləndirmə ilə almaq mümkündür. Bu qutulara kimlər vəsait salır? Adətən Allahdan bir şeyi istəyən, amma bunu birbaşa deyil, hansısa ziyarətgah və ya piri vasitəçi hesab edən insanlar. Ona görə də prinsip etibarilə, məsciddən kənarda “məscidə dəstək qutuları”nın yerləşdirilməsi doğru deyil”.

Deputat deyib ki, bu qutuların adlandırılması da dəyişməlidir:

“Nəzir qutusu” ifadəsi əslində doğru səslənmir. Əvəzində “ibadət yerinə dəstək qutusu” kimi adlandırıla bilər. Ziyarətgahlar xüsusi ibadət yeri deyil. Din baxımından hansısa ziyarətgahda ibadət etmək anlayışı yoxdur. Məscid – namaz və ya dua kimi dini ritualın yerinə yetirildiyi yerdir.

Ziyarətgahların bir qismi isə sırf mövhumat və xurafatla bağlı anlayışlardan irəli gəlir. Bu cür yerlərin stimullaşdırılmasının heç bir məntiqi əsası yoxdur. Biz daha çox məscidlərə dəstək vermək niyyətində olan insanların ianələrini qəbul etməliyik. Bu vəsaitlər nəzir yox, ianə formatında təqdim olunmalıdır. Məqsəd – məscidlərin xərclərini qarşılamaq, onların cari təmirini və fəaliyyətini təmin etmək olmalıdır. Bu baxımdan müəyyən ziddiyyətli məqamlar mövcuddur. Qanunvericilik bu məsələləri müəyyən qədər tənzimləsə də, biz artıq bu yanaşmalara yeni baxış gətirməliyik”.

Fazil Mustafanın fikrincə, ianə mexanizmi yalnız məscidlər üçün keçərli olmalıdır:

“Digər yerlər – tarixi və dini abidələr əgər dövlətin himayəsindədirsə, onların saxlanılması da dövlət tərəfindən həyata keçirilməlidir. Dövlət bir çox dini və mənəvi dəyərləri əsas götürərək abidələrin təmirinə vəsait ayırır. Kifayət qədər ziyarətgah və məscid dövlət tərəfindən maliyyələşdirilir. Bu baxımdan, toplanan vəsaitlərin hara xərclənməsi nəzarət altında olmalıdır. Burada qeyri-qanuni yolla din adı altında yığılan xüms və digər vəsaitlər də nəzərdə tutulmalıdır. Çünki bu vəsaitlər bəzən başqa ölkələrə yönləndirilir və bu, Azərbaycanın strateji maraqlarına zidd fəaliyyətlərin stimullaşdırılmasına gətirib çıxarır. Ona görə də bu məsələlər yenidən təhlil olunmalıdır. Yeni interpretasiyaya ehtiyac duyulur. Bu məsələlər dəqiqləşdirilməli və ianələrin hansı formada tənzimlənməsinin uyğun olduğu müəyyənləşdirilməlidir. Nəticə etibarilə, məsələ geniş müzakirə edilməli, mütəxəssislərin, ekspertlərin və sahəyə maraqlı şəxslərin fikirləri nəzərə alınmalı, ortaq bir yanaşma formalaşdırılmalıdır. Əks halda bu, hər zaman şübhə doğuran bir mövzu olaraq qalacaq. “Nəzir hara və necə xərclənir” sualı isə dindarların özündə də narahatlıq yaradacaq və onların nüfuzuna təsir göstərəcək”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, nəzir vermək könüllüdür.

Onun sözlərinə görə, dövlətin bu məsələdə rolu yoxdur:

“Məsələn, vergi və gömrük rüsumunu dövlət bizə məcburi təyin edir. Lakin nəzir vermək məcburi deyil. Bu, vətəndaşın özündən asılıdır. Adam əgər yaxşı işlər görmək istəyirsə, uşaq evinə, qocalar evinə və sair yardım etsin. Bunu tənzimləmək mümkün deyil”.

Natiq Cəfərli deyib ki, nəzir vermək qanunla qadağan edilsə belə insanlar gizlin şəkildə bunu həyata keçirəcəklər:

“Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar. Dünyanın bir çox ölkələrində də bununla bağlı uzun mübahisələr olub. Məsələn, bəzi ölkələrdə kilsə vergisi mövcuddur. Kilsənin təhsilə yığdığı vəsaitdən xərclədiyi məbləğlər var. Qeyd edim ki, İrlandiyada təhsilin böyük qismini kilsə qarşılayır. Çünki onlar kilsədə pul toplayırlar. Bizdə belə bir mexanizmin yaradılma ənənəsi yoxdur. Dövlət bura necə müdaxilə etsin? Desə nəzir verməyin, bu, inanclı insanların inancına toxuna bilər. Dini məkanlara vergimi tətbiq etsin? Toplanan vəsaitə nəzarət edib onlardan vergimi toplasın? Bu da ayrı problem yaradacaq. Burada maarifləndirmə əsasdır. Vətəndaş nəziri niyə verdiyini anlasa, o zaman başqa cür davranmış olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 İyun 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri