Icma.az, Axar.az saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaş
Son vaxtlar bənzər əməliyyatlar nəticəsində həyatını itirən xeyli sayda pasiyent var.
Ötən ay Səhiyyə Nazirliyində əməliyyat keçirildi, saxlanılanlar oldu, amma bundan sonra da analoji ölüm halları baş verdi.
Deməli, tədbirlər hədəfinə çatmayıb. Bu sahədə daha ciddi qanun-qayda yaratmaq üçün rəsmi qurumlar hərəkətə keçəcəkmi?
Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı əməliyyatı icra edən Sənan Mehdiyevlə bağlı bəzi məqamlara toxunub: “Media yazır ki, Nəzrin xanımın həkimi olmuş Sənan Mehdiyevin bir pasiyenti də 2015-ci ildə əməliyyatdan sonra dünyasını dəyişib.
Həmin hadisəyə görə həkimə 8 ay 23 gün iş kəsiblər. Əsas suallar buradan yaranır: necə olur ki, məhkəmə ilə iş kəsilmiş bir həkimin lisenziy
Necə olur ki, o, hələ də həkimliyə davam edə bilir, hansısa klinika onu həkim kimi işə qəbul edir? Bu suallara aydınlıq gətirmək lazımdır.
Tibb elə sahədir ki, burada birbaşa insan həyatı ilə işləyirsən və buna görə də risk həmişə var.