Icma.az
close
up
RU
Nəzrinin ölümündə diqqətdən qaçan detal

Nəzrinin ölümündə diqqətdən qaçan detal

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib. Son vaxtlar bənzər əməliyyatlar nəticəsində həyatını itirən xeyli sayda pasiyent var.

Ötən ay Səhiyyə Nazirliyində əməliyyat keçirildi, saxlanılanlar oldu, amma bundan sonra da analoji ölüm halları baş verdi. Deməli, tədbirlər hədəfinə çatmayıb. Bu sahədə daha ciddi qanun-qayda yaratmaq üçün rəsmi qurumlar hərəkətə keçəcəkmi?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı əməliyyatı icra edən Sənan Mehdiyevlə bağlı bəzi məqamlara toxunub:

“Media yazır ki, Nəzrin xanımın həkimi olmuş Sənan Mehdiyevin bir pasiyenti də 2015-ci ildə əməliyyatdan sonra dünyasını dəyişib. Həmin hadisəyə görə həkimə 8 ay 23 gün iş kəsiblər. Əsas suallar buradan yaranır: necə olur ki, məhkəmə ilə iş kəsilmiş bir həkimin lisenziyası ləğv edilmir? Necə olur ki, o, hələ də həkimliyə davam edə bilir, hansısa klinika onu həkim kimi işə qəbul edir? Bu suallara aydınlıq gətirmək lazımdır. Tibb elə sahədir ki, burada birbaşa insan həyatı ilə işləyirsən və buna görə də risk həmişə var. Amma hətta ağır situasiyalarda belə insanları həyata qaytarmaq üçün tibb elmi, texnologiyalar çox inkişaf etdirilib və bu, hələ də davam edir. Odur ki, əgər ölüm hadisəsi varsa, bunu araşdırmaq üçün şəffaf mexanizm qurulmalıdır”.

N.Abbaslı son zamanlar saxta diplomlu həkimlər haqda danışıb:

“Son vaxtlar estetik əməliyyatlar nəticəsində ölən insanların xəbərlərini də eşidirik. Yayılan xəbərlərdə diplomu saxta olan həkimlər olduğu bildirilir. Şəffaf mexanizm olsa, bu hadisələr baş verməz. Həmin həkimlərin işə qəbulu prosesindən tutmuş, klinikaların və dövlət xəstəxanalarının, ümumiyyətlə, bütün tibb müəssisələrin fəaliyyəti vaxtaşırı yoxlanılsa, nəzarət edilsə, düşünürəm ki, belə hallar minimuma enər. Buradakı əsas problemlərin qaynağı işlək və şəffaf bir nəzarət mexanizminin olmamasıdır. Çünki olsaydı, məhkəmə ilə iş kəsilmiş bir həkim yenidən heç nə olmamış kimi öz peşəsinə davam edə bilməzdi və ya digərləri cərrah olmadığı halda cərrah kimi estetik əməliyyatlara girib, insanların həyatını təhlükəyə ata bilməzdilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri