Niderlanda yollanacaq

08.08.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mark-Andre ter Ştegenin “Barselona”dan ayrılacağı gözlənilirdi.

"Football-plus.az" xəbər verir ki, təcrübəli qapıçı karyerasını Niderlandda davam etdirəcək. O, “Ayaks”a keçməyə hazırlaşır. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında razılıq əldə olunub və alman futbolçunun keçidi icarə əsasında rəsmiləşdiriləcək.
Ter Ştegen “Barselona”da əsas heyətdə yerini itirdiyi üçün daha çox oyun təcrübəsi qazanmaq istəyir. Kataloniya klubu onun maaşının böyük hissəsini ödəməyə davam edəcək.
34 yaşlı qolkiper 2014-cü ildən “Barselona”nın formasını geyir. O, klubla La Liqa, İspaniya kuboku və Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью