Niderlanda yollanacaq
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mark-Andre ter Ştegenin “Barselona”dan ayrılacağı gözlənilirdi.
"Football-plus.az" xəbər verir ki, təcrübəli qapıçı karyerasını Niderlandda davam etdirəcək. O, “Ayaks”a keçməyə hazırlaşır. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında razılıq əldə olunub və alman futbolçunun keçidi icarə əsasında rəsmiləşdiriləcək.
Ter Ştegen “Barselona”da əsas heyətdə yerini itirdiyi üçün daha çox oyun təcrübəsi qazanmaq istəyir. Kataloniya klubu onun maaşının böyük hissəsini ödəməyə davam edəcək.
34 yaşlı qolkiper 2014-cü ildən “Barselona”nın formasını geyir. O, klubla La Liqa, İspaniya kuboku və Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.
Baxış sayı:88
Bu xəbər 08 Avqust 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















