Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövcud sertifikatların doğruluğunu araşdırmaq məqsədilə sosial şəbəkələrdə müzakirələr davam edir.
Milli.Az xəbər verir ki, müzakirələrdə onların təhsilinin olmadığı halda işləmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Lakin bəzi həkim-kosmetoloqlar bu ittihamları qəbul etmirlər.
Həkim-kosmetoloq Nigar Sultanovanın saxta sənədi sertifikat kimi paylaşmaqla izləyicilərini və xəstələrini aldatmağa davam etdiyi iddia olunur.
Həmin görüntünü təqdim edirik: Bu fotoya əsasən, o həm diplomunun, həm də kosmetoloq fəaliyyəti ilə məşğul olması ilə bağlı kurs keçdiyini bildirir.
Həmin şəhadətnamədə kosmetoloqun 29 sentyabr 2021-ci il tarixindən 11 fevral 2022-ci il tarixə qədər 5 ay müddətində "Tibbi kosmetologiya" üzrə ixtisaslaşma kursu keçdiyi qeyd olunub.
Bəs bu şəhadətnaməni kim verib? Bir az daha araşdırmaq etdikdə məlum olur ki, sözügedən sənəd T.e.d.