Icma.az
close
up
RU
Nigar Sultanova əczaçılığı bitirib, kosmetoloq işləyir Cəmi 5 ay kursda olub ARAŞDIRMA FOTO

Nigar Sultanova əczaçılığı bitirib, kosmetoloq işləyir Cəmi 5 ay kursda olub ARAŞDIRMA FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövcud sertifikatların doğruluğunu araşdırmaq məqsədilə sosial şəbəkələrdə müzakirələr davam edir. 

Milli.Az xəbər verir ki, müzakirələrdə onların təhsilinin olmadığı halda işləmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. 

Lakin bəzi həkim-kosmetoloqlar bu ittihamları qəbul etmirlər.

Həkim-kosmetoloq Nigar Sultanovanın saxta sənədi sertifikat kimi paylaşmaqla izləyicilərini və xəstələrini aldatmağa davam etdiyi iddia olunur. 

Həmin görüntünü təqdim edirik:

Bu fotoya əsasən, o həm diplomunun, həm də kosmetoloq fəaliyyəti ilə məşğul olması ilə bağlı kurs keçdiyini bildirir. Həmin şəhadətnamədə kosmetoloqun 29 sentyabr 2021-ci il tarixindən 11 fevral 2022-ci il tarixə qədər 5 ay müddətində "Tibbi kosmetologiya" üzrə ixtisaslaşma kursu keçdiyi qeyd olunub. 

Bəs bu şəhadətnaməni kim verib? 

Bir az daha araşdırmaq etdikdə məlum olur ki, sözügedən sənəd T.e.d. Qasımov Nazim Akif oğlu tərəfindən verilib. Məlumat üçün qeyd edək ki, Nazim Qasımov. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektorudur. Az.DHTİ isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. 

Kosmetoloqun paylaşdığı fotoda ixtisası əczaçılıq kimi qeyd olunub.

Bəs əczaçılıq ixtisasını bitirənlər kosmetoloji prosedurlar həyata keçirə bilər? 

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, Nigar Sultanova adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər.

Qeyd edək ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Qeyd edək ki, Nigar Sultanova 2016-cı ildən 2 nömrəli Tibb Baza Kollecində müəllim kimi, 2017-ci ildən isə "Laser Beauty" Klinikasında həkim-kosmetoloq kimi fəaliyyət göstərməkdədir.

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri