Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Niger hökuməti radioaktiv tullantılarla bağlı Fransanın böyük nüvə şirkəti “Orano
AZƏRTAC xəbər verir ki, bu barədə Nigerin ədliyyə naziri Alio Dauda məlumat verib.
Onun sözlərinə görə, “Orano” şirkəti radioaktiv maddələr istifadə etməklə əhalinin sağlamlığını təhlükəyə ataraq kütləvi cinayətlər törədib.
Nigerli nazir toplanan nümunələrdə 10 metr aralıdan belə, insanların səhhətində problemlər yaradan və vaxt keçdikcə daha böyük fəsadlar törədən bismut-207 və xrom aşkarlandığını bildirib.
O, “Orano” şirkətinin məsuliyyətdən boyun qaçırmaq cəhdindən narahat olduqlarını gizlətməyib.
Uran Avropanın nüvə enerjisi sektoru üçün strateji əhəmiyyət kəsb edir.
Niger isə uran istehsalına görə duyanın qabaqcıl ölkələrindən biridir.
“Bu şirkət, insan həyatını təhlükəyə atan və ətraf mühiti çirkləndirən radioaktiv maddələrin istifadəsi ilə xarakterizə olunan kütləvi cinayətlər planlayaraq Niger xalqının sağlamlığına zərər vurub və vurmaqda davam edir.