Niger hökuməti Fransanın “Orano” şirkətinə qarşı iddia qaldırıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Niger hökuməti radioaktiv tullantılarla bağlı Fransanın böyük nüvə şirkəti “Orano”ya qarşı məhkəmə iddiası qaldırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nigerin ədliyyə naziri Alio Dauda məlumat verib. Onun sözlərinə görə, “Orano” şirkəti radioaktiv maddələr istifadə etməklə əhalinin sağlamlığını təhlükəyə ataraq kütləvi cinayətlər törədib.
Nigerli nazir toplanan nümunələrdə 10 metr aralıdan belə, insanların səhhətində problemlər yaradan və vaxt keçdikcə daha böyük fəsadlar törədən bismut-207 və xrom aşkarlandığını bildirib. O, “Orano” şirkətinin məsuliyyətdən boyun qaçırmaq cəhdindən narahat olduqlarını gizlətməyib. Uran Avropanın nüvə enerjisi sektoru üçün strateji əhəmiyyət kəsb edir. Niger isə uran istehsalına görə duyanın qabaqcıl ölkələrindən biridir.
“Bu şirkət, insan həyatını təhlükəyə atan və ətraf mühiti çirkləndirən radioaktiv maddələrin istifadəsi ilə xarakterizə olunan kütləvi cinayətlər planlayaraq Niger xalqının sağlamlığına zərər vurub və vurmaqda davam edir. Şirkət, hətta, məhkəmənin açıq qalan bir neçə milyon ton radioaktiv tullantıları çıxarmaq və ya ən azı emal etmək göstərişinə əməl etməkdən də imtina edib. Bu əməllər ətraf mühit təlimatları və Cinayət Məcəlləsinin müddəalarına uyğun olaraq cinayət təşkil edir” – deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















