Nigeriyada FIRTINA: 7 ölü

09.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Nigeriyada şiddətli fırtına olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təbiəıt hadisəsi ölkənin Ciqava əyalətində qeydə alınıb.

Şiddətli fırtına nəticəsində 7 nəfər ölüb, 53 nəfər yaralanıb, minlərlə insan evindən didərgin düşüb.

Ciqava Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (SEMA) baş katibi Hannafi Faqam jurnalistlərə bildirib ki, güclü yağış və güclü külək ştata təsir edib. Faqam əlavə edib ki, fırtına həmçinin vacib ictimai infrastruktura  - 47 ibtidai və orta məktəbə, 3 xəstəxanaya və 2 polis bölməsinə ziyan vurub.

Hannafi Faqam bildirib ki, ştat hökuməti köçkün ailələri üçün təcili tədbirlər görüb, o cümlədən ərzaq, müvəqqəti sığınacaqlar, tibbi dəstək və təcili ehtiyacların qiymətləndirilməsi tədbirləri həyata keçirib.

Murad Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью