Nigeriyada FIRTINA: 7 ölü
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Nigeriyada şiddətli fırtına olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təbiəıt hadisəsi ölkənin Ciqava əyalətində qeydə alınıb.
Şiddətli fırtına nəticəsində 7 nəfər ölüb, 53 nəfər yaralanıb, minlərlə insan evindən didərgin düşüb.
Ciqava Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (SEMA) baş katibi Hannafi Faqam jurnalistlərə bildirib ki, güclü yağış və güclü külək ştata təsir edib. Faqam əlavə edib ki, fırtına həmçinin vacib ictimai infrastruktura - 47 ibtidai və orta məktəbə, 3 xəstəxanaya və 2 polis bölməsinə ziyan vurub.
Hannafi Faqam bildirib ki, ştat hökuməti köçkün ailələri üçün təcili tədbirlər görüb, o cümlədən ərzaq, müvəqqəti sığınacaqlar, tibbi dəstək və təcili ehtiyacların qiymətləndirilməsi tədbirləri həyata keçirib.
Murad Məmmədli
Baxış sayı:112
Bu xəbər 09 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















