Nigeriyanın məşqçisi Osimheni nə üçün yığmaya çağırmayıb? | Icma.az
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Viktor Osimhenin gələcək taleyinin hər kəsə maraqlı olduğu bu günlərdə Nigeriya yığmasının baş məşqçisi Erik Şell də onunla bağlı açıqlamalar verib."Football-plus.az" xəbər verir ki, ''Qalatasaray''da ideala yaxın bir mövsüm keçirən və əla formada olan bu futbolçunun Nigeriya yığmasına dəvət almaması diqqət çəkib.
Afrikalılar mayın 28-də Qana, mayın 31-də Yamayka ilə qarşılaşıblarsa, iyunun 6-da Rusiya ilə üz-üzə gələcəklər.
Bu oyunların hamısı yoldaşlıq xarakteri daşıyır. Erik Şell əsas ulduzunu yığmaya çağırmamasını belə izah edib: ''Mənim üçün Osimhen hazırda
Ancaq çox gərgin bir mövsüm keçirdi. Həm də indi transfer dönəmidi. Onun isə yeni klubu bəlli deyil.
Belə olan halda bu cür ulduzların meydana yüz faiz konsentrasiya ilə çıxması çətin olur.
Bu üzdən onu həm fiziki, həm də psixoloji cəhətdən qorumaq istədim. Daha rahat şəkildə transfer durumuna köklənməsinə şərait yaratdım.
Bəlkə də ''Mançester Yunayted'', ''Çelsi'', ''Barselona'' və ya ''Real'' səviyyəsində bir kluba yollanacaq.
Tam oxu
Xəbəri oxu